Xəzər Xəbər

İrəvanda dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR

Hadisə | 17:22 • 28 İyul 2019
İrəvanda dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR

İrəvanda yerləşən yaşayış binalarından birində içərisində iki nəfərin olduğu lift şaxtaya düşüb.

Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, liftin burazı qırılıb və o, içəridə olan iki nəfərlə birlikdə 12 metr yüksəklikdən şaxtaya düşüb. Kabinədə olan hər iki nəfər son dərəcə ağır travma alıb.

Yaralılar xəstəxanaya yerləşdirilsə də, onlardan biri orada keçinib.(Report)

Xəbər lenti