Xəzər Xəbər

DSX: Heyət üzvləri xilas edildikdən sonra “Şəbahəng” gəmisi batıb

Hadisə | 18:03 • 26 İyul 2019
DSX: Heyət üzvləri xilas edildikdən sonra “Şəbahəng” gəmisi batıb

İyulun 26-da saat 14:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.


DSX-nin Mətbuat mərkəzindən xezerxeber.az-a bildiriblər ki, cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən "Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.


Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.


Gəmi heyəti xilas edildikdən sonra saat 16.22-də gəmi batıb.

Xəbər lenti