Xəzər Xəbər

FHN İran gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıb

Hadisə | 15:57 • 26 İyul 2019
FHN İran gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN)İranın yük gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıb.

FHN-dən xezerxeber.az-a bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng” quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti