Xəzər Xəbər

Bakıda Gürcüstan vətəndaşı itkin düşüb

Hadisə | 10:49 • 26 İyul 2019
Bakıda Gürcüstan vətəndaşı itkin düşüb

Bakıda Gürcüstan vətəndaşı itkin düşüb.


APA-nın məlumata görə, iyulun 24-də Xətai rayonu, Aşıq Qurban küçəsi ev 25, mənzil 43 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Lətifə Qasımova 37-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün 12.00 radələrində onunla eyni ünvanda yaşayan gəlini, Gürcüstan vətəndaşı, 1998-ci il təvəllüdlü Məlahət Rəsulova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.


Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti