Xəzər Xəbər

Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Hadisə | 16:34 • 19 İyul 2019
Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

İyulun 17-də saat 23 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində naməlum sürücü idarə etdiyi "Hovo” markalı avtomobillə yolun kənarında dayanmış Qaraməmmədli kənd sakini R.Quliyevi vuraraq hadisə yerini tərk edib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, həmin avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13-cü tağımının əməkdaşları tərəfindən Otuzikilər kəndinin ərazisində saxlanılıb. Araşdırmalarla sürücünün Bərdə rayon sakini İ.Nəsibov olması, habelə onun sərxoş halda və sürücülük hüququ olmadan avtomobili idarə etməsi müəyyənləşdirilib.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən faktla bağlı araşdırma aparılır.

Xəbər lenti