Xəzər Xəbər

Bakıda 33 yaşlı kişi itkin düşüb

Hadisə | 11:23 • 16 İyul 2019
Bakıda 33 yaşlı kişi itkin düşüb

Bakıda 33 yaşlı şəxs itkin düşüb.


APA-nın məlumatına görə, iyulun 13-də Binəqədi rayonu, Biləcəri qəsəbə sakini Rəqsanə İsbatova 6-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, oğlu, 1986-cı il təvəllüdlü Natiq İsbatov iyulun 12-də saat 16:00 radələrində yaşadığı ünvandan su nasosunu düzəltdirmək adı ilə çıxıb və bir daha evə qayıtmayıb.


Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti