Xəzər Xəbər

Bakıda oğurluqla məşğul olan şəxslər yaxalanıblar

Hadisə | 16:10 • 15 İyul 2019
Bakıda oğurluqla məşğul olan şəxslər yaxalanıblar

İyulun 14-nə keçən gecə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərdən birinin həyətindən iki velosiped oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş D.Cəfərov Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 25-dən iyulun 13-dək olan müddətdə rayon ərazisində bir zirzəmidən və bir avtomobildən məişət əşyaları və akkumulyator, habelə üç nəfərə məxsus velosipedləri oğurlaması da müəyyən edilib.


Cari il aprelin 2-də O.Fərmanova məxsus avtomobildən 100 manat oğurlamaqda şübhəli bilinən Sulutəpə qəsəbə sakini R.Ağayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Hər iki faktlarla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti