Xəzər Xəbər

Bakıda mənzildə yanğın olub

Hadisə | 15:58 • 15 İyul 2019
Bakıda mənzildə yanğın olub

Bakıda mənzildə yanğın baş verib.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, şəhərin Nərimanov rayonunda beşmərtəbli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.


Yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti