Xəzər Xəbər

Həbsxanaya narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb

Hadisə | 12:46 • 15 İyul 2019
Həbsxanaya narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb

Həbsxanaya şampun qabının içərisində narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.


Cinayət Məcəlləsinin 29.234.4.3-cü maddəsinə əsasən, 6 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən məhkum Bədəlov Əhməd Ramiz oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Bədəlov Ramiz Xadmetulla oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan "Head & Shoulders” markalı saç şampununun içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd bükülüdə 0,923 qram marixuana və 0,728 qram heroin aşkar edilib.


Cinayət Məcəlləsinin 170.3.2; 308.1; 66.3; 66.4 və 45-ci maddələrinə əsasən, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Əliyev Nəsimi Vaqif oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Şəki şəhər sakini Əliyeva Sabirə Allahyar qızının üzərinə və əşyalarına baxış keçirilən zaman ayağına yapışdıraraq gizlədilmiş 1 ədəd ülgüclü bıçaq aşkar edilib.


Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti