Xəzər Xəbər

Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Hadisə | 09:16 • 13 İyul 2019
Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Sumqayıt, Zağulba, Lökbatan və Buzovna çimərlik və qeyri-çimərlik (nəzarətsiz) ərazidə 7 nəfər çimərkən batma təhlükəsilə üzləşib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslərin həyatı xilas edilib.


Xilas edilən şəxslərdən 4 nəfəri xarici ölkə vətəndaşı olub.

Xəbər lenti