Xəzər Xəbər

Abşeronda oğurluqda şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb edilib

Hadisə | 14:23 • 10 İyul 2019
Abşeronda oğurluqda şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb edilib

Abşeron rayonu ərazisində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini E.Məmmədov saxlanılıb.


Rayon polis idarəsindən bildirilib ki, iyulun 7-də Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini R.Əlicanovun cibindən 470 manat pulunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Məmmədov idarənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, istintaqa cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti