Xəzər Xəbər

Narkotik vasitə və psixotrop maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb - FOTO

Hadisə | 15:11 • 8 İyul 2019
Narkotik vasitə və psixotrop maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb -

Narkotik vasitə və psixotrop maddənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən xezerxeber.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada yolla gələnAzərbaycanvətəndaşısaxlanılıbvə onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun ayağına geyindiyi qəhvəyi rəngli ayaqqabının hər tayının altlığı kəsilərək həmin hissəyə yerləşdirilən şəffaf rəngli sellofona bükülü 2 ədəd bağlamada təqribi çəkisi 380 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 5 ədəd bükümdə isə qəhvəyi rəngli, üzərində "M40” nişanəsi olan 43 ədəd bütöv, 6 ədəd isə parçalar halında olan "metadon” həbləri aşkarlanıb.


Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti