Xəzər Xəbər

Paytaxtda 48 yaşlı kişini ülgüclə doğradılar

Hadisə | 16:52 • 6 İyul 2019
Paytaxtda 48 yaşlı kişini ülgüclə doğradılar

Bakının Nizami rayonunda 48 yaşlı kişiyə ülgüclə xəsarət yetirilib.

Həsənov Şahin Vilayət oğlu kafelərin birində qonşusu ilə mübahisə edib.

Mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı qonşusu Şahin Həsənova ülgüclə xəsarət yetirib.

Boyun nahiyəsindən bir neçə ağır xəsarət alan yaralı 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb.

Ona üzün və boyunun sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar