Xəzər Xəbər

Sabunçuda 16 yaşlı qız və 15 yaşlı oğlan yoxa çıxdı – VALİDEYNLƏRİNDƏN MÜRACİƏT

Hadisə | 11:42 • 6 İyul 2019
Sabunçuda 16 yaşlı qız və 15 yaşlı oğlan yoxa çıxdı

Bakıda 16 yaşlı qız itkin düşüb.

XəzərXəbər xəbər verir ki, Sabunçu rayonu Şəhər şosesində yaşayan M.Əliyev polisə müraciət edərək bildirib ki, iyunun 4-də saat 22 radələrində 2003-cü il təvəllüdlü qızı N.Əliyeva evi tərk edib və bir daha geri qayıtmayıb. Şikayətçi qızının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.

Bundan başqa Sabunçu rayonu Kişvəri küçəsində yaşayan Z.Kazımova da polisə müraciət edərək ögey oğlu, 2004-cü il təvəllüdlü A.Abbasovun iyunun 1-də evdən getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Hər iki müraciətlə bağlı araşdırma aparılır.

Xəbər lenti