Xəzər Xəbər

Bakıda "Mercedes" ağaca çırpıldı - Xəsarət alan var

Hadisə | 12:09 • 4 İyul 2019
Bakıda "Mercedes" ağaca çırpıldı - Xəsarət alan var

Bakıda səhər saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Qala qəsəbəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaclığa çırpılıb. Avtomobildə sıxılıb qalan 1968-ci il təvəllüdlü Ağakişiyev Etibar Fariz oğlu yaxınlıqdakı insanların köməyi ilə maşından çıxarılıb. İlkin yardım göstərildikdən sonra o, hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqadası ilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, E.Ağakişiyevə sifətin və döş qəfəsinin əziyi, sağ dirsəyin cırılması diaqnozu qoyulub.

İlkin ehtimallara görə, qəzaya səbəb avtomobilin təkərində yaranan nasazlıq olub. (trend)

Xəbər lenti