Xəzər Xəbər

25 yaşlı qəssab ət əvəzinə özünü doğradı

Hadisə | 15:08 • 3 İyul 2019
25 yaşlı qəssab ət əvəzinə özünü doğradı

Bakıda ağır iş qəzası baş verib. 

Yasamal rayonu ərazisində fəaliyyət göstərən qəssab, 1994-cü il təvəllüdlü Ruslan Fariz oğlu Abdullayev kəsdiyi inəyin ətini parçalamaq istəyərkən ayağı sürüşüb yıxılıb.

Qəssabın əlindən düşən kəskin qəssab bıçağı onun boyun nahiyəsini kəsib. Çoxlu qan itirən qəssab təcili şəkildə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir./Bizimyol.info

Xəbər lenti