Xəzər Xəbər

Bakıda ŞOK OLAY: gəlinlə baldız arasında dava, xəsarət alanlar var

Hadisə | 14:09 • 29 İyun 2019
Bakıda ŞOK OLAY:

Bakıda ailədaxili mübahisə davaya çevrilib.

XəzərXəbər-in Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Təhməzova Renera Nazim qızı Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 92, mənzil 84-ə qardaşının evinə qonaq gəlib. O, həmin evdə yaşayan qardaşının həyat yoldaşı, Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Kazımova Anna Stanislavovna ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə onlar bir-birini döyərək xəsarət yetiriblər. Hadisə nəticəsində Anna Kazımovanın oğlu, 2008-ci il təvəllüdlü Kazımov Denis Telman oğlu da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti