Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏT: Övladını xəstəxanaya gətirən ata özünü yandırdı

Hadisə | 12:56 • 28 İyun 2019
Azərbaycanda DƏHŞƏT:

Mingəçevirdə orta yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

Bildirilir ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti