Xəzər Xəbər

Bakıda gənc oğlan bıçaqlandı

Hadisə | 10:52 • 28 İyun 2019
Bakıda gənc oğlan bıçaqlandı

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Məmmədov Rauf Rafiq oğlu Salatın Əsgərova, 108 və Rəsul Rza, 88 ünvanlarının kəsişməsində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona sol budunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti