Xəzər Xəbər

Azərbaycanlı dəhşətli qəzada yaralanan vəzifəli şəxs BAKIYA GƏTİRİLDİ

Hadisə | 10:18 • 28 İyun 2019
Azərbaycanlı dəhşətli qəzada yaralanan vəzifəli şəxs

Dünən Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində zamanı xəsarət alan sürücü Bakıya gətirilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, "VAZ 21 015" markalı avtomobilla toqquşan "Lada Priora"nın sürücüsü, 1955-ci il təvəllüdlü Dövlətov Şakir Əhməd oğlu xəstəxanaın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, dəhşətli qəzada Biləsuvar rayon sakinləri - "VAZ-21015” markalı avtomobildə olan 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüb.

Qəzada xəsarət alan hər iki sürücü və İsmətli kənd sakinləri - 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"Lada Priora” markalı avtomobilin sürücüsü Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.

Faktla bağlı araşdırmalar davam etdirilir./publika.az

Xəbər lenti