Xəzər Xəbər

Bakıda gənc oğlanın müəmma dolu ölümü CİNAYƏT İŞİ AÇILDI

Hadisə | 11:42 • 25 İyun 2019
Bakıda gənc oğlanın müəmma dolu ölümü

Bakıda gənc oğlanın özünü binadan ataraq öldürməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

Masallı rayon sakini, 1995-ci təvəllüdlü İbadov Arzuman İbad oğlunun özünün Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli binadan atması faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, A.İbadov qohumunun evinə gəlib və 12-ci mərtəbədə yerləşən həmin evin pəncərəsindən özünü atıb. O, intihar etməzdən əvvəl bütün yaxınlarına zəng edərək halallaşıb.

İntihar anı Ə.Əhmədov küçəsindəki binanın müşahidə kameraları tərəfindən lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./publika.az

Xəbər lenti