Tovuz rayonunun mərkəzində VAZ markalı iki avtomobil toqquşub.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
"VAZ-2106” və "VAZ-2107” markalı minik maşınlarının toqquşması nəticəsində sürücülər – Mülkülü kənd sakini Mübariz Xudiyev və Düz Cırdaxan kənd sakini, 1975-ci il təvəllüdlü XəyyamQuliyev xəsarət alıblar. Onlara hadisə yerindəcə tibbi yardım göstərilib.
Qəzaya səbəb kimi avtomobillərdən birinin qarşı yola çıxması göstərilir.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Araşdırma aparılır.