Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
XəzərXəbər xəbər verir ki, gecə saatlarında Xətai rayonu Zığ yolunda Elvin Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən yaşlı kişini vurub. Ağır xəsarət alan piyada 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalardan sonra ölən şəxsin 1958-ci il təvəllüdlü Əliyev Tofiq Yəhya oğlu olması müəyyənləşib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.