Xəzər Xəbər

Yay gəldi, faciələr başladı: Bir gündə ən azı 4 ölü

Hadisə | 16:34 • 22 İyun 2019
Yay gəldi, faciələr başladı:

Yay mövsümü gələn kimi suda boğulma ilə bağlı faktlar qeydə alınmağa başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, dünən Azərbaycanın bölgələrində ən azı 3 nəfərin suda boğulması ilə bağlı məlumat yayılıb.

Belə ki, dünən Kür çayında iki qardaş batıb. XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadla məlumatına görə, qardaşlarsan birinin meyiti tapılıb. Məlumatda qeyd olunur ki, Salyanın Aşağı Noxudlu kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Seymur oğlu Sadıqovun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 kilometr aralıda tapılaraq təhvil verilib.

Hazırda dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Ramal Sadıqovun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Daha bir faciə Qobustan rayonunda qeydə alınıb. İki uşaq çimən zaman süni göldə boğulub. Hadisə rayonun Acıdərə adlı ərazisində yeni yaradılan süni göldə qeydə alınıb.

Yaxınlıqda yaşayan uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar. Ailələrinin axtarışından sonra məlum olub ki, hər ikisi həmin göldə yuyunarkən boğulub.

Axşam saatlarında onların cansız bədəni sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar