Xəzər Xəbər

Polis əməliyyat keçirdi – Avtomobilin salonundan 3 kq heroin tapıldı

Hadisə | 15:00 • 20 İyun 2019
Polis əməliyyat keçirdi – Avtomobilin salonundan 3 kq heroin tapıldı

Cəlilabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirilib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun idarə etdiyi "VAZ-2106” markalı avtomobilin salonuna baxış zamanı 3 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti