Ağsu rayonunda qadını hədələyən şəxsin evindən silah tapılıb.
XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 19-da Ağsu RPŞ-yə müraciət edən Ağabəyli kənd sakini olan qadın həmkəndlisi R.Yolçuyevin onu tüfənglə öldürəcəyi ilə hədələdiyini bildirib.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən R.Yolçuyevin evinə baxış keçirilmiş, bu zaman müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.