Xəzər Xəbər

Bətnindən körpəni götürüb, yerinə qayçı qoydular, 23 il əzab çəkdi

Hadisə | 12:28 • 19 İyun 2019
Bətnindən körpəni götürüb, yerinə qayçı qoydular, 23 il əzab çəkdi

Şimali Osetiya sakini 23 il qarnında qayçı gəzdirib.

23 il əvvəl Eveta Petrovna Qoveyeva qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirib və ondan sonra dözülməz ağrıları başlayıb. Qarnındakı ağrıları kəsmək üçün qadına həkimlər müntəzəm olaraq ağrıkəsicilərdən istifadə etməyi tövsiyə ediblər və ağrıları böyrək iltihabları ilə əlaqələndiriblər.

Bu günlərdə Eveta əzələ oynaq ağrıları şikayəti ilə həkimə müraciət edərkən onun çanaq sümüyünün rentgen şəkli çəkilib. 23 il öncə bədənində unudulan qayçı da bu zaman qadının alt qarın hissəsində rentgen şəklində görünüb.

"Mən rentgen şəkli çəkdirən zaman həkim soruşdu ki, cibimə qayçı qoymuşam? Dedim ki, yox. O bildirdi ki, mənim daxilimdə qayçı var. Mən ağladım. 23 ildir mən bu ağrılardan əzab çəkmişəm”,- deyə zərərçəkmiş qadın bildirib.

Məsələ ilə bağlı Şimali Osetiyanın Səhiyyə Nazirliyində araşdırmalar başlayıb. (Oxu.az)

Xəbər lenti