Xəzər Xəbər

Bakıda çoxmərtəbəli binada təhlükə - Kondisioner asılı vəziyyətdə qaldı

Hadisə | 15:42 • 18 İyun 2019
Bakıda çoxmərtəbəli binada təhlükə - Kondisioner asılı vəziyyətdə qaldı

Bu gün Bakının Nizami rayonunda yanğın qeydə alınıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalması barədə müraciət daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan qurğunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar. Əməliyyat başa çatıb.

Xəbər lenti