Xəzər Xəbər

Bakıda 25 manata görə gənci amansızlıqla öldürdülər

Hadisə | 16:27 • 18 İyun 2019
Bakıda 25 manata görə gənci amansızlıqla öldürdülər

İyunun 14-də axşam saatlarında Bakının Xətai rayonunda törədilmiş qətlin üstü açılıb.

Bu barədə Xətai rayon Prokurorluğundan məlumat verilib.

Cinayətin qurbanı 18 yaşlı Mehdi Əliyevdir. Qatilona səkkiz bıçaq zərbəsi endirib. İnsident Məhəmməd Hadi küçəsində, 91 saylı binanın qarşısında baş verib.

İyunun 17-də Cinayət-axtarış şöbəsinin əməliyyatçıları qətli törətməkdə şübhəli bilinən 21 yaşlı Cavid Hüseynovu saxlayıblar.

İlkin məlumata əsasən, gənclər arasında münaqişəyə M.Əliyevin C.Hüseynova 25 manat borclu olması səbəb olub.M.Əliyevin borcu ödəməkdən imtina etməsiC.Hüseynovu özündən çıxarıb və nəticədəqanlı cinayət baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb.

Xəbər lenti