Xəzər Xəbər

Bakıda narkotacir saxlanıldı

Hadisə | 13:01 • 18 İyun 2019
Bakıda narkotacir saxlanıldı

Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Firuz Mehdizadə İbrahim Cəfərovun 242 manat pulunu bankomat kartından oğurladığı üçün polislər tərəfindən tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 0,185 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. F.Mehdizadə ifadəsində heroini Nizami rayonu Keşlə qəsəbəsində yaşayan Gündüz adlı narkotacirdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Gündüz Tahirov da bölmə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı 3,550 qram heroin, 5 kiloqram 10 qram qurudulmuş marixuana, müxtəlif növ psixotrop dərmanlar, 10 ədəd kultivasiya edilmiş çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti