Masallı rayonunda ağır yol qəzası baş verib.
XəzərXəbər xəbər verir ki, ötən gün axşam saatlarında Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsindən keçən hissəsində "Mercedes" markalı, 10 MT 517 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü və 3 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Yaralılardan 36 yaşlı Ramal Həsənov tibbi müdaxilələrə baxmayaraq vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.