Xəzər Xəbər

Çətənə bitkisi yetişdirən ər-arvad və qayın saxlanıldı

Hadisə | 11:29 • 17 İyun 2019
Çətənə bitkisi yetişdirən ər-arvad və qayın saxlanıldı
Astara rayonunda çətənə bitkisi yetişdirən ər-arvad və qayın saxlanılıb.


Bu barədə XəzərXəbər-ə DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.  Belə ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pensər kəndində narkotik xassəli bitkilərin becərdilməsi faktı aşkar olunub. 


Hadisə yerinin müayinəsi zamanı Pensər kənd sakini Xəyalət Zakirov və həyat yoldaşı T.Zakirovanın yaşadıqları fərdi yaşayış evinin həyətində sonuncunun qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. 


Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir. 


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti