Xəzər Xəbər

Masallıda pomidor sahələrini qurd basıb

Hadisə | 11:04 • 17 İyun 2019
Masallıda pomidor sahələrini qurd basıb

Masallı rayonunda pomidor sahələrində xəstəlik yayılıb.

Xəstəlik bu sahələrə ziyanverici qurdların daraşmasından sonra baş verib.

Belə ki, 10 gündən çoxdur ziyanverici həşəratlar sahələrdə məhsulun zay olmasına səbəb olur. Nəticədə rayonun 3 kəndində - Qızılağac, Gəyəçöl və Sərçuvar kəndlərində fermerlərə ziyan dəyib.

Masallı Rayon Bitki Mühafizəsi Mərkəzindən bildirilib ki, yayılan xəstəliklə əlaqədar mütəxəssislər nümunələr götürüb və xəstəliyin nə olduğu tam müəyyən edilib. Ziyanverici el arasında "pomidor sovkası” adlanan qurddur.

Sakinlərin dediyinə görə, pomidor sovkası çox vaxt qırmızı yetişmiş pomidorlarda olardı, lakin maraqlısı budur ki, indi yetişməmiş kal pomidorlarda da var.

Aprel-may aylarında dişi kəpənəklər bitkilərdə öz yumurtalarını qoyur. Hava şəraitinə uyğun olaraq 10-15 gün müddətində yumurtadan çıxan tırtıllar pomidorun meyvəsinə ziyan vurur. Vaxtında qarşısı alınmadıqda isə sovka tamamilə yayıldığı sahəni məhv edə bilir.

Xəstəliyin geniş yayılmaması üçün zərərvericilərin yumurta qoyub çoxalmasına imkan verməmək lazımdır. Havaların isti keçməsi, alaq otlarının təmizlənməməsi və kortəbii dərmanlama da xəstəliyin artmasına səbəb olur.

Artıq fermerlərə lazımi tövsiyələr və zəruri dərman preparatları ilə bağlı məlumatlar verilib. Xəstəliyin yaxın vaxtlarda tam aradan qaldırılması üçün hazırda sahələrdə dərmanlama işləri aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti