Xəzər Xəbər

Bakı sakinini cərəyan vuraraq öldürdü

Hadisə | 10:43 • 16 İyun 2019
Bakı sakinini cərəyan vuraraq öldürdü

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Rayonun Seyyid Hüseyn küçəsində yaşayan 1969-cu il təvəllüdlü Yusifov Teymur Rəşid oğlunu evdə cərəyan vurub.

Zərərçəkmiş "təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən, yolda keçinib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Xəbər lenti