Xəzər Xəbər

Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir

Hadisə | 16:38 • 15 İyun 2019
Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir

Daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, daxil olan məlumat əsasında Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini S.Hüseynovdan 2 kiloqram 95,74 qram marixuana götürülüb.


Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramovdan 27,04 qram tiryək və 1,25 qram heroin aşkarlanıb.


Onun evinə baxış zamanı əlavə olaraq 459,82 qram tiryək və 0,31 qram heroin aşkar edilərək götürülüb.


Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Cəlilabad şəhər sakinləri olan R.Məmmədovdan 2,15 qram heroin və 470 qram marixuana, K.Haxıyevdən 465 qram və F.Niftullayevdən 485 qram marixuana aşkarlanıb.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti