Xəzər Xəbər

Qobustan qoruğunda yanğın başlayıb, əraziyə helikopterlər cəlb olunub

Hadisə | 17:41 • 14 İyun 2019
Qobustan qoruğunda yanğın başlayıb, əraziyə helikopterlər cəlb olunub

Qobustan qoruğu ərazisində yanğın başlayıb.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar