Xəzər Xəbər

Lənkəranda 3 uşaq anası itkin düşdü

Hadisə | 10:07 • 14 İyun 2019
Lənkəranda 3 uşaq anası itkin düşdü

Lənkəran rayonunda 3 uşaq anası itkin düşüb.

Rayonun Şilim kənd sakini, 1990-cı il təvəllüdlü Aygül Lamid qızı Əliyeva iyunun 10-da, günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, qadının ailəsində hər hansı problem olmayıb.

Şəkildəki qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-447-76-13 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, A.Əliyeva ailəlidir və 3 uşaq anasıdır (Report).

Xəbər lenti