Xəzər Xəbər

Oğuzda qadın sürücü qəza törətdi - 2 ölü, 3 yaralı

Hadisə | 09:38 • 14 İyun 2019
Oğuzda qadın sürücü qəza törətdi - 2 ölü, 3 yaralı

Oğuzda qadın sürücü avtomobili ağaca çırpıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Elnarə Ağazəki qızı Ağakərimovanın idarə etdiyi 99-HK-779 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil Şəki istiqamətində hərəkətdə olarkən, idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 50 yaşlı E.Ağakərimova və 50-60 yaşlarında şəxsiyyəti hələ məlum olmayan daha bir qadın hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha 3 nəfər -Bakı şəhər sakinləri: bir ailənin üzvləri- 41 yaşlı Zaman Hadıyev, 51 yaşlı Məlahət Hadıyeva və 9 yaşlı Zəki Hadıyev aldıqları ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb (Report).

Xəbər lenti

Çox oxunanlar