Xəzər Xəbər

Bakıda 3 yaşlı qız faciəvi şəkildə öldü

Hadisə | 12:02 • 13 İyun 2019
Bakıda 3 yaşlı qız faciəvi şəkildə öldü

Bakıda 3 yaşlı qız faciəvi şəkildə ölüb.


XəzərXəbər-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu M.Arif küçəsi-129 ünvanında qeydə alınıb.


Həmin ünvanda yaşayan 2016-cı il təvəllüdlü Abbasova Ləman Rəfael qızını elektrik cərəyanı vurub. 3 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.


Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti