Xəzər Xəbər

Şəkidə çörək bişirən qadın təndirə düşdü

Hadisə | 12:10 • 10 İyun 2019
Şəkidə çörək bişirən qadın təndirə düşdü

Şəkidə çörək bişirən qadın təndirə düşərək yanıb.


XəzərXəbər "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün axşam saat 22 radələrində rayonun Çəyirli kənd sakini, 1966-cı il təvəllüdlü Fərqanə Firuz qızı Ələsgərova bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.


Tibb müəssəsindən bildirilib ki, müayinə zamanı F. Ələsgərovanın yaşadığı ünvanda təndirə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alması məlum olub. Hazırda F. Ələsgərovanın müayinəsi davam etdirilir.

Xəbər lenti