Xəzər Xəbər

Bakıda 3 yaşlı uşağın oğurlanması ilə bağlı cinayət işi başlanıb

Hadisə | 18:27 • 7 İyun 2019
Bakıda 3 yaşlı uşağın oğurlanması ilə bağlı cinayət işi başlanıb

Bakıda 3 yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə əlaqədar cinayət işi açılıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.


Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir.


Qeyd edək ki, Bağırzadə Zəhra Rəsul qızı 4 iyun tarixində evdən çıxaraq itkin düşüb. O, iki gündən sonra tapılaraq ailəsinə təhvil verilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti