Xəzər Xəbər

Bakıda “pitbull” ləqəbli oğru saxlanıdı

Hadisə | 14:13 • 6 İyun 2019
Bakıda “pitbull” ləqəbli oğru saxlanıdı

Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini Pərviz İlyasov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs aprelin 24-də Nəsimi rayonunda yerləşən mağazalardan birindən içərisində 15 000 manat olan seyfı oğurlayıb. Elə həmin gün P.İlyasov ödəmə terminallarından birinin kassasını yararaq içərisində olan 1000 manatı da talayıb. Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.

Özünə "pitbull” ləqəbi götürən bu şəxsin digər cinayətlərdə iştirak etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti