Xəzər Xəbər

Naxçıvanda güclü partlayış - xəsarət alan var

Hadisə | 14:36 • 29 May 2019
Naxçıvanda güclü partlayış - xəsarət alan var
Şərur rayonunda qazanxanada partlayış baş verib.

XəzərXəbər ONA-ya istinadla xəbər verir ki, rayonun Alışar kəndində qazanxanada partlayış olub. Hadisə zamanı qazanxanada işləyən 1991-ci il təvəllüdlü Abbaszadə Meysəm Məmmədbağır oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Vəziyyətinin ağır olduğu bildirilən yaralı Bakıdakı Respublika Yanıq Mərkəzinə gətirilib.

Xəbər lenti