Xəzər Xəbər

Bakıda qadına qarşı şok cinayət 25 min manat alarkən tutuldular - ƏMƏLİYYAT

Hadisə | 13:35 • 29 May 2019
Bakıda qadına qarşı şok cinayət

Yasamal Rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ona hədə-qorxu gəlib 25.000 manat pul verməsini tələb etmələrini bildirib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıblar.

Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.

Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti