Xəzər Xəbər

Bakıda məhkəmənin qarşısında QANLI HADİSƏ – Damarlarını doğradı

Hadisə | 13:11 • 29 May 2019
Bakıda məhkəmənin qarşısında QANLI HADİSƏ

Bakıda məhkəmə binasının qarşısında incident baş verib.

XəzərXəbər xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən Xətai rayon Məhkəməsinin önündə 1986-cı il təvəllüdlü Vəliyev Rozan Süleyman oğlu şüşə qırıntısı ilə damarını doğrayıb. Ona tibbi yardım göstərilib.

Bildirilir ki, R.Vəliyev həyat yoldaşından bir müddət əvvəl boşanıb və məhkəmə aliment təyin edib. O, alimenti ödəyə bilmədiyini deyərək özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti