Xəzər Xəbər

Şəkidə “Xaş-xaş 2019” əməliyyatı keçirildi

Hadisə | 11:17 • 29 May 2019
Şəkidə “Xaş-xaş 2019” əməliyyatı keçirildi

Şəki şəhərində 80 kiloqrama yaxın narkotik məhv edilib.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, "Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Belə ki, rayonun Baş Göynük kəndində vətəndaşa məxsus 50 hektar bağ-əkin sahəsinin müxtəlif yerlərində yabanı halda bitən, çəkisi 80 kiloqrama yaxın 1532 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti