Xəzər Xəbər

Azərbaycanda taksi sürücüsü maşına minən gənc qızın başını niyə kəsdi? - TƏFƏRRÜAT

Hadisə | 13:23 • 27 May 2019
Azərbaycanda taksi sürücüsü maşına minən

Yevlax rayonunda kişinin gənc qızın boğazını kəsərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Alyona Yanqarovanın boğazını kəsərək meyitini Varvara kəndindən keçən su kanalına atan Fərmanov Əhliman İbiş oğlu taksi sürücüsü olub.

İcarəyə götürdüyü avtomobillə Bakı şəhəri Yevlax-Mingəçevir istiqamətində taksi fəaliyyəti göstərən Ə.Fərmanov gənc qıza hücum edərək onun üzərindəki pulları və digər qiymətli əşyaları götürüb. Hadisə vaxtı maşında onlardan başqa heç kim olmayıb. Ə.Fərmanov daha sonra qızın boğazını kəsərək onun öldüyünə əmin olmaq istəyib və meyitini su kanalına ataraq uzaqlaşıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Yevlaxın Qaramanlı kənd ərazi dairəsinə daxil olan Nəmərli kəndində doğulub. Lakin sonradan o, ailəsindən boşanıb və dələduzluq əməlinə görə həbs edilib. Əvvəllər məhkum olunmuş Ə.Fərmanov artıq polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*****

Mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti