Xəzər Xəbər

Avtobus dayanacağında DƏHŞƏT: Boğazını kəsdi

Hadisə | 12:48 • 27 May 2019
Avtobus dayanacağında DƏHŞƏT:

Türkiyənin Muğla şəhərində Antalyaya getmək üçün bilet tapmayan şəxs boğazını kəsib.

Hadisə dünən gecə saat 23:30 radələrində Muğlada avtobus dayanacağında baş verib. Antalyada qulluq vasitələri satan Aycan Yetişkin adlı şəxs Antalyaya getmək üçün bir neçə firmadan bilet axtarıb. Ancaq bilet tapılmadığı üçün Yetişkin əsəbləşib. Əsəblərinə hakim ola bilməyən şəxs yaxınlıqdakı kafedən bıçağı götürərək boğazını kəsib.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Yaralının həyati təhlükəsinin olduğu deyilir.

Polis hadisə ilə bağlı araşdırma aparır./metbuat.az

Xəbər lenti