Xəzər Xəbər

Bakıda yük maşınları toqquşub, xəsarət alan var - FOTO

Hadisə | 09:07 • 23 May 2019
Bakıda yük maşınları toqquşub, xəsarət alan var -

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə A.Salamzadə küçəsi ilə Z.Bünyadov prospektini birləşdirən yolötürücü tunelin çıxışında qeydə alınıb.


Məlumata görə, ağır qaldırıcı texnikanı daşıyan və Abbasəli Qurbanovun idarə etdiyi "MAZ" markalı qoşqulu yük maşını yolun kənarı ilə aşağı sürətlə hərəkətdə olarkən arxadan gələn "Shacman" markalı yük maşını ona çırpılıb. Nəticədə yük maşınının sürücüsü Eyvaz Bəndəliyev ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb.


Fakt Nəsimi polisi tərəfindən araşdırılır. (ONA)

Xəbər lenti