Xəzər Xəbər

Sumqayıtda bağçada yanğın olub, uşaqlar təxliyə edilib - FOTO

Hadisə | 12:26 • 22 May 2019
Sumqayıtda bağçada yanğın olub, uşaqlar təxliyə edilib -

Sumqayıt şəhərində yanğın olub.


Yanğın şəhərin 1-ci mikrorayonunda yerləşən 13 saylı bağçada qeydə alınıb. İstifadəyə yararsız olan və keçid kimi istifadə olunan dəhlizdə taxta tullantıları 20 kvadratmetr sahədə yanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.


Bağçada olan uşaqlar təhlükəsiz əraziyə təxliyə olunub.


Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti